DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120, 221 və 228-ci maddələri ilə axtarışda olan Nardaran qəsəbə sakini Etibar Əhmədov tutulmuşdur

23.11.2007

Saat 16.30 radələrində Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120, 221 və 228-ci maddələri ilə axtarışda olan Nardaran qəsəbə sakini Etibar Əhmədov evinin yaxınlığında tutularkən, o, polis əməkdaşlarına qarşı odlu silahdan atəş açmışdır. Xəsarət alan olmamış, polis əməkdaşları cavab atəşi açmış və E.Əhmədov sol bud nahiyəsindən xəsarət almışdır. E.Əhmədov tutulmuş, ondan 2 ədəd nömrəsi silinmiş "Makarov "tipli tapança, 2 ədəd patron darağı və 14 dəd patron götürülmüşdür. Araşdırmalar aparılır.

23.11.2007 tarixinə olan kriminal məlumatlar