DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Xızı rayonunun Yeni Yaşma kəndində yol-nəqliyyaT hadisəsi

23.11.2007

Saat 21.00 radələrində Xızı rayonunun Yeni Yaşma kəndində Bakı şəhər sakini Rövşən Baxşəliyevin idarə etdiyi "MAZ" markalı və Sumqayıt şəhər sakini Mehman İsrafilovun idarə etdiyi "Ford-Tranzit" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə M.İsrafilovun sərşinlərindən oğlu Vahid, həmyerlisi Vəli Əliyev, onun arvadı hadisə yerində ölmüş, özü və digər sərnişinləri, Bakı şəhər sakinləri Qoşqar Nəcəfov, onun arvadı Lidiya, oğlu Aydəmir, qızı Səbinə, 25-30 yaşlı kişi və 4-5 yaşlı oğlan uşağı isə xəsarətlə xəstəxanaya yerləşdirilmişlər. Q.Nəcəfovun vəziyyəti qənaətbəxş, digərlərinin vəziyyəti isə ağırdır. Xızı RPŞ tərəfindən araşdırmalar aparılır.

23.11.2007 tarixinə olan kriminal məlumatlar