Sədaqət Qurbanovaya məxsus 1 mərtəbəli 3 otaqlı evdə təbii qazın sızmasından yanğına keçən partlayış baş vermişdir
23.11.2007Saat 18.35 radələrində Xanlar rayonundakı Nizami küçəsi ev 47-də yaşayan Sədaqət Qurbanovaya məxsus 1 mərtəbəli 3 otaqlı evdə təbii qazın sızmasından yanğına keçən partlayış baş vermişdir. Nəticədə evin divarı uçaraq həyətdə dayanmış "VAZ-2103" markalı avtomaşının üstünə düşmüş, yanıq xəsarəti almış S.Qurbanova və gəlini Svetlana isə xəstəxanaya yerləşdirilmişlər. Araşdırmalar aparılır.