Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sahil qəsəbəsindəki 253 saylı orta məktəbə partlayıcı maddə qoyulması barədə yanlış məlumat vermiş şəxs saxlanılmışdır

21.11.2007

Saat 10.50 radələrində naməlum şəxs Qaradağ rayonunun Sahil qəsəbəsindəki 253 saylı orta məktəbin təsərrüfat müdiri Asəf Dadaşovanın iş otağına zəng edərək məktəbə partlayıcı maddə qoyulması barədə məlumat vermişdir. Fakt araşdırılmış və öz təsdiqini tapmamışdır. MTN-in Qaradağ rayon şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məktəbə partlayıcı maddə qoyulması barədə yalan məlumat vermiş Sahil qəsəbə sakini Nicat Bayramov saxlanılmışdır. Araşdırmalar aparılır.

21.11.2007 tarixinə olan kriminal məlumatlar