Həyat yoldaşı Müşafərim Bayramovanı qətlə yetirməkdə, onun qohumu Xatirə Salmanovaya bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Elvin Bayramov saxlanılmışdır
15.08.2018Avqustun 16-da əvvəllər məhkum olunmuş Elvin Bayramov həyat yoldaşı Müşafərim Bayramovanın yaşadığı, Samux rayonunun Ziyadlı kəndindəki atasına məxsus evə gələrək münaqişə zəminində ona və qohumu Xatirə Salmanovaya bıçaqla xəsarət yetirmişdir. Nəticədə M.Bayramova ölmüş, X.Salmanova isə xəstəxanaya yerləşdirilmişdir.
Samux RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Bayramov saxlanılmış, onun orta dərəcəli sərxoş vəziyyətdə olması müəyyən edilmişdir.
Araşdırma aparılır.