DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

21.11.2007

Ağsu RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qaraqaşlı kənd sakini Valeh Quliyevdən 2,1 qram marixuana götürülmüşdür. Sonradan V.Quliyev könüllü olaraq polisə əlavə 22,5 qram marixuananı təhvil vermişdir. Narkotik vasitəni ona satmış Sanqalan kənd sakini, əvvəllər məhkum olunmuş Əkbər Orucov tutulmuşdur. Ə.Orucovun evinə baxış zamanı 137 qram marixuana aşkar edilərək götürülmüşdür. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Naxçıvan ŞPİ əməkdaşları Şərur rayon sakini Şahin Məmmədovdan 100,62 qram marixuana götürmüşlər. Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Aydın Məmmədovun idarə etdiyi "VAZ-2103" markalı avtomaşına baxış zamanı 6,33 qram marixuana aşkar edilərək götürülmüşdür.

21.11.2007 tarixinə olan kriminal məlumatlar