DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr aşkar edilərək götürülmüşdür

20.11.2007

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları Qazax şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Qocayevdən 3,513 qram heroin, DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları Lənkəran şəhər sakini Rəşad Niftəliyevdən 0,143 qram heroin, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Nəsimi RPİ əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Babayevdən 0,95 qram heroin, Xətai RPİ 34-cü PB əməkdaşları Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Azad Əsədovdan 0,239 qram heroin, Sumqayıt ŞPİ əməkdaşları şəhər sakini Abbasov Nihaldan 0,261 qram heroin götürmüşlər.