Azadlıq prospektidə yaşayan, çeçen milliyyətli İmran Qazıyev odlu silahdan qətlə yetirilmiş meyiti tapılmışdır
18.11.2007Saat 20.45 radələrində Binəqədi rayonundakı 8-ci mikrorayon, Azadlıq prospekti ev 14/170 mənzil 32-də yaşayan, çeçen milliyyətli İmran Qazıyev odlu silahdan qətlə yetirilmiş meyiti evinin yaxınlığında tapılmışdır. Hadisə yerindən 1 ədəd nömrəsiz, səsboğucusu olan "Baykal" tipli tapança tapılmışdır. Binəqədi RPİ əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.