Sabunçu rayonu Balaxanı qəsəbəsində yol-nəqliyyat hadisəsi
17.11.2007Saat 20.00 radələrində Sabunçu rayonu Balaxanı qəsəbəsində Salyan rayon sakini Kamil Muradov "VAZ-21013" markalı avtomaşını idarə edərkən 40-45 yaşlı kişini vurmuşdur. Nəticədə həmin kişi hadisə yerində ölmüşdür. Sabunçu RPİ tərəfindən araşdırmalar aparılır.