Quba rayonunun Alpan kənd sakini Eşqin Rəsulov sərxoş halda atası Valəddinə məxsus evi qəsdən yandırmışdır
16.11.2007Noyabrın 16-na keçən gecə Quba rayonunun Alpan kənd sakini Eşqin Rəsulov sərxoş halda atası Valəddinə məxsus evi qəsdən yandırmışdır. Nəticədə bütövlükdə evin dam örtüyünün, 1 otağın, habelə "VAZ-21011" markalı avtomaşının yanar konstruksiyaları yanmışdır. Quba RPŞ əməkdaşları tərəfindən araşdırmalar aparılır.