DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

16.11.2007

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Əzizbəyov RPİ 2-ci PB əməkdaşları Sabirabad rayon sakinləri Rəhim Kərimov və Elxan Məmmədovdan 0,239 qram heroin, Yasamal RPİ 27-ci PB əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəfayel Abbasovdan 0,206 qram heroin, Sumqayıt ŞPİ əməkdaşları Köhnə Kotec qəsəbə sakini, əvvəllər məhkum olunmuş Şahin Dadaşovdan 0,236 qram heroin götürmüşlər, Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qax rayon sakini Elman Sofiyev 150 qram marixuananı həmyerlisi Vahid Novruzova satarkən tutulmuşlar.