DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

14.11.2007

Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masallı rayon sakini Cavad Məmmədovdan 1 kiloqram 41 qram tiryək götürülmüşdür. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Sumqayıt ŞPİ əməkdaşları şəhər sakini Alim Səlimovdan 290,41 qram marixuana götürmüşlər. Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Rəsul Rüstəmov rayon sakini Valeh Abuşovdan aldığı 0,2 qram heroini könüllü olaraq Sabirabad RPŞ-yə təhvil vermişdir. Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində V.Abuşov tutulmuşdur. Onun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni rayon sakini, əvvəllər məhkum olunmuş Gəray Heydərovdan alması müəyyən edilmişdir. G.Heydərov tutulmuş, ondan 2,7 qram heroin və 1 ədəd düyməli bıçaq götürülmüşdür.