DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Quba rayonunun Püstə Qasım kəndində yol-nəqliyyat hadisəsi

12.11.2007

Saat 15.00 radələrində Quba rayonunun Püstə Qasım kəndində, kənd sakini Ələsgər Yarəliyev "QAZ-52" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sərnişini, həmkəndlisi Ömərpaşa Allahverdiyev hadisə yerində ölmüş, xəsarət almış Ə.Yarəliyev və digər sərnişinləri, Xaçmaz rayon sakinləri Rəsul Mustafayev və Pənah Nöhbalayev xəstəxanaya yerləşdirilmişlər. Quba RPŞ tərəfindən araşdırmalar aparılır.