Oğurluqda şübhəli bilinən Quba rayon sakini Ağacan Həsənov saxlanılmışdır
15.04.2018Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 4-də Xırdalan şəhərindəki evlərin birindən 600 manat və 500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Quba rayon sakini, əvvəllər məhkum olunmuş Ağacan Həsənov saxlanılmışdır.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Xırdalan şəhərindəki daha 4 evdən pul, təmir-tikinti alətləri, qızıl, geyim və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.