DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Müşviq qəsəbəsindən "Nəcəfalılar" MMC şirkətinə məxsus avtomaşını qaçırmış şəxslər tutulmuşlar

08.11.2007

Noyabrın 7-də Qaradağ rayonunun Müşviq qəsəbəsindən "Nəcəfalılar" MMC şirkətinə məxsus "İveko" markalı avtomaşın qaçırılmışdır. Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış Bakı şəhər sakinləri Hüseyn Cavadov, Emin Balabəyov və qardaşı Çingiz tutulmuşlar.