DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr və ov tüfəngləri götürülmüşdür

08.11.2007

Beyləqan RPŞ əməkdaşları rayon sakinləri Mehrab Gülüşov və Bəxtiyar Əzizovdan hərəsindən bir ədəd müvafiq sənədləri olmayan ov tüfəngləri götürmüşlər. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları Əli Bayramlı şəhər sakini Mehdi Babazərovdan 10,456 qram heroin, Nəsimi RPİ 20-ci PB əməkdaşları Ağdaş rayon sakini Rövşən Hacıyevdən 3 kiloqram 0,25 qram marixuana, Nərimanov RPİ 17-ci PB əməkdaşları Bakı şəhər sakini Rövşən Məmmədovdan 0,233 qram heroin götürmüşlər.