DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Cəlilabad rayonunun Göytəpə şəhərində yol-nəqliyyat hadisəsi

07.11.2007

Saat 16.00 radələrində Cəlilabad rayonunun Göytəpə şəhərində Biləsuvar rayon sakini Qərib Bayramovun idarə etdiyi "QAZ-3112" markalı və Salyan rayon sakini Şükür Hüseynovun idarə etdiyi «Toyota» markalı dövlət qeydiyyat nömrə nişanları olmayan avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış hər iki sürücü və Q.Bayramovun sərnişini, həmyerlisi Sadatxan Paşayev xəstəxanaya yerləşdirilmişlər. S.Paşayev orada ölmüşdür. Cəlilabad RPŞ tərəfindən araşdırmalar aparılır.