DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

İsmayıllı rayonun Xanagah kənd sakini Nəbi Əhmədovun evindən silah-sursat aşkar götürülmüşdür

07.11.2007

DİN Baş Cinayət-Axtarış İdarəsi və İsmayıllı RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Xanagah kənd sakini Nəbi Əhmədovun evinə baxış zamanı 1 ədəd "TOZ-8" tüfəngi, 1 ədəd nömrəsi silinmiş "Karabin" silahı, 1 ədəd ov tüfəngi, 1 ədəd "F-1" qumbarası, 99 ədəd müxtəlif çaplı patron və 1 ədəd ov tüfəngi üçün bel kəməri aşkar edilərək götürülmüşdür. N.Əhmədov tutulmuşdur.