DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

07.11.2007

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşları Şüvəlan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Həsənovdan 0,209 qram heroin, Xətai RPİ əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Süleyman Məmmədovdan 0,211 qram heroin götürmüşlər, Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Hüseyn Mustafayev 0,160 qram heroini Mayak qəsəbə sakini Sadiq Zeynalova satarkən tutulmuşlar.