DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Biləsuvar rayonunun Xırmandalı kəndində yol-nəqliyyat hadisəsi

06.11.2007

Saat 08.40 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndində Lerik rayon sakini Dadaş Əhmədovun idarə etdiyi "QAZ-31" markalı və Masallı rayon sakini Həmid Ağacanovun idarə etdiyi "Mercedes-190" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə H.Ağacanovun sərnişinlərindən, Masallı rayon sakinləri Əli Mehdiyev hadisə yerində ölmüş, xəsarət almış Fiqumə Mehdiyeva, Zöhrab Mehdiyev, Sona Mehdiyeva, Xalid Mehdiyev, Rəhman Mehdiyev, habelə D.Əhmədov və sərnişinləri Lerik rayon sakinləri Rəqsanə Əhmədova, Rüfət Əhmədov, Günay Əhmədova və Sergey Qurkunov xəstəxanaya yerləşdirilmişlər. Biləsuvar RPŞ tərəfindən araşdırmalar aparılır.