DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Nizami rayonundakı M.Abbasov küçəsində yol-nəqliyyat hadisəsi

06.11.2007

Saat 23.30 radələrində Nizami rayonundakı M.Abbasov küçəsində Bakı şəhər sakini Pənah Kərimovun idarə etdiyi "Mercedes" markalı və Qaraçuxur qəsəbə sakini Sənan Əliyevin idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə S.Əliyev və sərnişinlərindən bacısı Elmira hadisə yerində ölmüş, xəsarət almış bacısının qızı 5 yaşlı Maya, habelə P.Kərimov və onun sərnişini, Bakı şəhər sakini Şəhla Sadıxova xəstəxanaya yerləşdirilmişlər. Nizami RPİ tərəfindən araşdırmalar aparılır.