DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Binəqədi rayonundakı 7-ci mikrorayonun ərazisində yol-nəqliyyat hadisəsi

06.11.2007

Saat 09.00 radələrində Binəqədi rayonundakı 7-ci mikrorayonun ərazisində Keşlə qəsəbə sakini Adil Xudiyevin idarə etdiyi "Mercedes-208" markalı və Bakı şəhər sakini Samir Məmiyevin idarə etdiyi "Mersedes" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış A.Xudiyev və sərnişinləri, Bakı şəhər sakinləri Həsən Hüseynov, Afət Mustafayeva, Hafiz Xəlilov, Gülər Yəhyayeva, Sumqayıt şəhər sakini Səbinə Hacıyeva, Xırdalan şəhər sakini Arif Hacıyev xəstəxanaya yerləşdirilmişlər. A.Hacıyevin vəziyyəti qənaətbəxş, digərlərinə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar. Binəqədi RPİ tərəfindən araşdırmalar aparılır.