DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 27 cinayət faktı qeydə alınmışdır

06.08.2005

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 27 cinayət faktı qeydə alınmışdır ki, onların da 21-ı "isti izlər"lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 2nəfər ölmüş, 8 nəfər isə yaralanmışdır. Gün ərzində 3 yanğın hadisəsi qeydə alınmışdır. Tələfat və zərərçəkən olmamışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 21 nəfər tutulmuşdur.

06.08.2005 tarixinə olan kriminal məlumatlar