DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

06.11.2007

Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş Hafiz Abdulov 2 kiloqram heroini satarkən tutulmuşdur. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şəmkir RPŞ əməkdaşları Dəllər qəsəbə sakini, əvvəllər məhkum olunmuş Pərviz Abbasovdan 10,6 qram marixuana, Mingəçevir ŞPŞ əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Allahverdi Həmidovdan 0,2 qram heroin götürülmüşdür.