DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

05.11.2007

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Qaradağ RPİ 10-cu PB əməkdaşları Lökbatan qəsəbə sakini Ceyhun Cəfərzadədən 1,037 qram heroin, Sumqayıt ŞPİ əməkdaşları Bakı şəhər sakini Ağabəy Qasımlıdan 0,653 qram heroin, Sumqayıt şəhər sakini Azad Quliyevdən 1,556 qram heroin, Xızı RPŞ əməkdaşları Giləzi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Eynulla Abdullayevin evinə baxış zamanı 3,542 qram heroin, 3,91 qram marixuana, 9,77 qram çətənə toxumu, 6 ədəd "Tepozoren" həbi və 14 ədəd şpris aşkar edərək götürmüşlər.