Abşeron rayonunun Hökməli qəsəbəsində yol-nəqliyyat hadisəsi
23.02.2018Fevralın 23-də saat 2 radələrində Abşeron rayonunun Hökməli qəsəbəsində qəsəbə sakini Elçin Sultanov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən 25-30 yaşlı kişini vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş həmin şəxs orada ölmüşdür.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.