DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Biləsuvar rayonunun Aşağı Cürəli kəndində yol-nəqliyyat hadisəsi

03.11.2007

Noyabrın 4-də saat 06.15 radələrində Biləsuvar rayonunun Aşağı Cürəli kəndində Astara rayon sakini Rəsman Cəlilov "VAZ-2106" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən kənd sakini Cavanşir Babayevin idarə etdiyi "Belarus" markalı traktorun qoşqusuna vurmuşdur. Nəticədə R.Cəlilovun sərnişinlərindən, həmyerlisi Ramil Məhərrəmov hadisə yerində ölmüş, xəsarət almış İlqar Mürsəlov isə xəstəxanaya yerləşdirilmişdir. Biləsuvar RPŞ tərəfindən araşdırmalar aparılır.