DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr və silah götürülmüşdür

03.11.2007

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Əkrəm Məmmədovdan 0,272 qram heroin götürülmüş, Gəncə ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yevlax şəhər sakini Zaur Təhməzov narkotik vasitə satdığına görə tutulmuş, ondan 2,04 qram həşiş götürülmüşdür. Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Əmiryezidli kənd sakinləri İmamverdi Həsənovdan və onun qardaşı Rasimdən müvafiq sənədləri olmayan ov tüfəngləri götürülmüşdür.