DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 17 cinayət faktı qeydə alınmışdır

02.11.2007

- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 17 cinayət faktı qeydə alınmışdır ki, onların da 11-i "isti izlər"lə, həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır. - Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. - Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 6 nəfər ölmüş, 12 nəfər isə yaralanmışdır. - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir. - Cinayət törətdiklərinə görə 29 nəfər tutulmuşdur.