Binəqədi rayonu ərazisində avaraçılıq və dilənçiliklə məşğul olan 59 nəfər barəsində inzibati tədbirlər görülmüşdür
01.11.2007DİN Çevik Polis Alayı və Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən Binəqədi rayonu ərazisində avaraçılıq və dilənçiliklə məşğul olduqları üçün 59 nəfər (onlardan 28 nəfəri azyaşlı) saxlanılmış və barələrində inzibati tədbirlər görülmüşdür.