Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini Elşən Abışovu hədələmiş İsmayıl Adıgözəlov və Cavid Zeynalov tutulmuşlar

31.10.2007

Oktyabrın 31-də 2 naməlum şəxs Sabunçu qəsəbəsinin ərazisində Bakı şəhər sakini Elşən Abışovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşına sərnişin qismində oturub Şüvəlan qəsəbəsinə gedəcəklərini bildirmişlər. Şüvəlan qəsəbəsinin ərazisində onlar E.Abışovu öldürəcəkləri ilə hədələyərək mobil telefonunu, 7 manatını və avtomaşınını almağa cəhd göstərmişlər. Əzizbəyov RPİ Post-Patrul Xidməti əməkdaşları tərəfindən hadisəni törətmiş Bakı şəhər sakini İsmayıl Adıgözəlov və Quba rayon sakini Cavid Zeynalov tutulmuşlar. Əzizbəyov RPİ tərəfindən araşdırmalar aparılır.