Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Babək rayon sakini Zəmanət Vəliyevun saxta əskinaslar çap etməsi müəyyən edilərək tutulmuşdur

31.10.2007

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və DİN-in Daxili Təhlükəsizlik İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Babək rayon sakini, əvvəllər məhkum olunmuş Zəmanət Vəliyev 1091 ədəd 100 manatlıq, 29 ədəd 50 manatlıq və 8 ədəd 20 manatlıq saxta əskinasları satarkən tutulmuşdur. Z.Vəliyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun həmin pulları Ceyranbatan qəsəbəsindəki kirayədə yaşadığı evdə çap etməsi müəyyən edilmişdir. Evə baxış zamanı 1 ədəd printer, kağız məmulatları, habelə eyni nömrə və seriyalı saxta pulun hazırlanması üçün nümunə kimi istifadə olunan 1 ədəd əsl 100 manatlıq əskinas aşkar edilərək götürülmüşdür. Faktla bağlı cinayət işi başlanmışdır.