Velosiped oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Cəlal Musayev saxlanlıb
13.01.2018Yanvarın 12-də Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsindəki evlərdən birinin həyətinə girmiş naməlum şəxs açıq talama yolu ilə oradan velosiped aparmışdır.
Soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Cəlal Musayev Baş Mühafizə İdarəsinin Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayının əməkdaşları tərəfindən saxlanılaraq 2-ci Polis Bölməsinə təhvil verilmişdir.