Qəbələ rayonunun Nohur-Qışlaq kəndində yol-nəqliyyat hadisəsi
30.10.2007Oktyabrın 31-də saat 01.20 radələrində Qəbələ rayonunun Nohur-Qışlaq kəndində, Bum qəsəbə sakini Həmdiyyə Qaragözov "VAZ-2106" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə H.Qaragözovun sərnişinlərindən, Hacallı kənd sakinləri İsmayıl Canqudov hadisə yerində ölmüş, Vüqar Nəsirov və Türkiyə vətəndaşı Əhməd Sağ xəsarətlə xəstəxanaya yerləşdirilmişlər. Qəbələ RPŞ tərəfindən araşdırmalar aparılır.