DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
30.10.2007DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi və BNMİ-nin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Astara şəhər sakini Tuğra Səmədovadan 1 kiloqram 560,8 qram heroin götürülmüşdür. Onun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni həmyerlisi, əvvəllər məhkum olunmuş Qurban Ağayevin sifarişi ilə alması müəyyən edilmişdir. Q.Ağayev tutulmuşdur. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Yasamal RPİ əməkdaşları Bakı şəhər sakini Emin Şükürovdan 0,287 qram heroin, Quba RPŞ əməkdaşları Zərdabi kənd sakini Mirzə Mirzəcanidən 1,36 qram marixuana götürmüşlər, Ağdam RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Quzanlı kənd sakini Anar Allahverdiyevdən 1,27 qram marixuana götürülmüşdür. Narkotik vasitəni ona satmış Baharlı qəsəbə sakini Asif Mirzəyev tutulmuş, ondan 5,67 qram marixuana götürülmüşdür. Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ağalar Əliyev 3,771 qram heroini satarkən tutulmuşdur. Onun üstünə baxış zamanı əlavə 0,445 qram heroin aşkar edilərək götürülmüşdür.