Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Kürdəmir rayonunun Sığırlı kəndində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölmüş, 6 nəfər xəsarət almışdır

28.10.2007

Saat 21.30 radələrində Kürdəmir rayonunun Sığırlı kəndində Türkiyə vətəndaşı Fərruk Yıldırım Kənan idarə etdiyi «İveko» markalı avtomaşınla Zərdab rayon sakini İdahət Xəlilovun idarə etdiyi "Ford" markalı, Göyçay rayon sakinləri İlham Hüseynovun idarə etdiyi "Ford" markalı Hikmət Tağıyevin idarə etdiyi "QAZ-24" markalı, Kürdəmir rayon sakinləri Yengivar Əhmədovun idarə etdiyi "VAZ-2106" markalı və Pənah Soltanovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınları vurmuşdur. Nəticədə İ.Xəlilovun idarə etdiyi mikroavtobusun sərnişinlərindən, Zərdab rayon sakinləri Bəxtiyar Misirov, Qönçə Məmmədova, Aqşin Mehdiyev, Ruhəngiz Qasımova və Aysel Əlirzayeva hadisə yerində ölmüş, xəsarət almış 4 sərnişin, habelə P.Soltanov və onun oğlu Camal isə xəstəxanaya yerləşdirilmişlər. Kürdəmir RPŞ tərəfindən araşdırmalar aparılır.