4000 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini Adil Yusupov və Kürdəmir rayon sakini Loğman Şıxəliyev tutulublar
13.11.2017Bakı şəhər Baş Polis İdarəsi, Baş Mühafizə İdarəsi və Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il oktyabrın 30-da paytaxtın Nizami rayonu ərazisində yerləşən “Abşeron rayon elektrik şəbəkəsi” MMC-yə məxsus anbardan 4000 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini Adil Yusupov və Kürdəmir rayon sakini Loğman Şıxəliyev tutulublar.