Bakı şəhər sakini Sevinc Ağarzayeva və Lökbatan qəsəbə sakini Pərvanə Quliyeva İAQMİ-nin əməkdaşları tərəfindən tutulmuşlar
24.10.2007DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Sevinc Ağarzayeva gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyi üçün, Lökbatan qəsəbə sakini Pərvanə Quliyeva insan alveri ilə məşğul olaraq, bir qrup şəxslə cinayət əlaqəsinə girib qadınları cinsi istismara məruz qoymaq məqsədilə Dubay Əmirliyinə və Bəhreyn Sultanlığına aparması faktı ilə əlaqədar tutulmuşlar.