Gün ərzində 10 cinayət faktı qeydə alınmışdır
31.07.2005Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 10 cinayət faktı qeydə alınmışdır ki, onların da hamısı "isti izlər"lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 2 nəfər ölmüşdür. Gün ərzində 2 yanğın hadisəsi qeydə alınmışdır. Yanğınlar zamanı tələfat və zərərçəkən olmamışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 16 nəfər tutulmuşdur.