Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Fəqan Qafarovun törətdiyi digər cinayət əməlləri də müəyyən edilib
17.10.2017Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Fəqan Qafarovun ətrafında Bakı Şəhər BPİ Cinayət Axtarışı İdarəsininin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Möhübbət Əliyevlə birgə cari il iyunun-sentyabr ayları ərzində paytaxt sakinləri olan 4 nəfərin çantalarından, habelə 1 nəfərin cibindən pul, mobil telefon və sənəd oğurlaması müəyyən edilib.
Həyata keçirilən əməliyyat tədbirləri ilə M.Əliyev tutulub.