Polisə Xətai rayonu Zığ şossesindəki "Alko" şərab emalı zavodunun partladılması barədə yalan məlumat vermiş zavodun mühafizəçisi Rəşid Məmmədov müəyyən edilərək saxlanılmışdır
21.10.2007Saat 19.15 radələrində Xətai rayonu Zığ şossesindəki "Alko" şərab emalı zavodunun gözətçisi, naməlum şəxsin ona zəng edərək zavodun bomba ilə partladılacağını bildirməsi barədə polisə məlumat vermişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edərək yalan məlumat vermiş zavodun mühafizəçisi Rəşid Məmmədov müəyyən edilərək saxlanılmışdır.