Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 26 cinayət faktı qeydə alınmışdır

30.07.2005

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 26 cinayət faktı qeydə alınmışdır ki, onların da 22-ı "isti izlər"lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 5 nəfər ölmüş, 11 nəfər isə yaralanmışdır. Gün ərzində 5 yanğın hadisəsi qeydə alınmışdır. Yanğınlar zamanı tələfat və zərərçəkən olmamışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı isə 5 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 22 nəfər tutulmuşdur.