Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Zaur Hüseynovun və Nuhan Gülümcanovun digər cinayət əməlləri də müəyyən edilib
27.09.2017Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Zaur Hüseynovun və Nuhan Gülümcanovun ətraflarında Nəsimi RPİ 20 və 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə onların sentyabrın 8-də və 17-də rayon ərazisindəki 1 kafedən, 1 şirniyyət evindən pul və 2 ədəd mobil telefon oğurlamaları da müəyyən edilib.