Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
27.09.2017Sentyabrın 27-də saat 22 radələrində Abşeron rayonunun Saray qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Namiq Əhmədxanov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən qəsəbə sakini Nəbi Quliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.