Abşeron rayonunun Nübar qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
27.09.2017Sentyabrın 27-də saat 20 radələrində Abşeron rayonunun Nübar qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Kənan Şirinov idarə etdiyi “Ford” markalı mikroavtobusla yolu keçən qəsəbə sakini Elşən Əsgərovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Baş İstintaq Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.