Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini Samir İbrahimov tutulub
21.09.2017Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyulun 5-dən sentyabrın 3-dək olan müddətdə Gəncə şəhəri ərazisində 1 aptekdən, şəhər sakini olan bir qadına məxsus çantadan, 3 avtomobildən, habelə 3 evin həyətindən su mühərriki, pul, məişət əşyaları və akkumulyator oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Samir İbrahimov tutulub.