Kultivasiya yolu ilə yetişdirilən 1 ədəd çətənə kolu, 182,2 qr marixuana, ümumilikdə 206,17 qr tiryək və tiryək xaş-xaşı aşkar edilərək götürülüb
19.09.2017Neftçala RPŞ və Rayon Mühafizə Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qədimkənd kənd sakini, əvvəllər məhkum olunmuş Əlisafa Əhmədovun yaşadığı evə baxış zamanı kultivasiya yolu ilə yetişdirilən 1 ədəd çətənə kolu, 182,2 qram marixuana, ümumilikdə 206,17 qram tiryək və tiryək xaş-xaşı aşkar edilərək götürülüb.