DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

18.10.2007

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları Bakı şəhər sakini Arif Qurbanovdan 8,38 qram marixuana götürmüşlər. Əli Bayramlı ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş İlham Heybətovdan 0,038 qram heroin götürülmüşdür. Narkotik vasitəni ona satmış Sabirabad rayon sakini Qönçəgül Baxşəliyeva tutulmuş, onun evinə baxış zamanı 0,159 qram heroin aşkar edilərək götürülmüşdür.