DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Oktyabrın 15-də idarə etdiyi "Tofaş" markalı avtomaşınla Ülviyyə Nəsirovanı vurub hadisə yerindən qaçmış Qaraçuxur qəsəbə sakini Samir Aslanov tutulmuşdur

16.10.2007

Oktyabrın 15-də saat 17.30 radələrində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində müəyyən olunmamış avtomaşınla Ülviyyə Nəsirova vurulmuşdur. Nəticədə xəsarət almış Ü.Nəsirovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır. Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin "Tofaş" markalı avtomaşının sürücüsü, Qaraçuxur qəsəbə sakini Samir Aslanov tərəfindən törədilməsi müəyyən edilmişdir. Suraxanı RPİ tərəfindən araşdırmalar aparılır.