DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

16.10.2007

Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş Muraqibəti Fərhəng Feyzollah oğlu 6 kiloqram 104,7 qram tiryəki 14 min dollara satarkən tutulmuşdur. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi və Bərdə RPŞ əməkdaşları Yevlax rayon sakini Saleh İbrahimovdan 0,257 qram heroin, DİN Baş Mühafizə İdarəsi və Sumqayıt ŞPİ əməkdaşları H.Z.Tağıyev qəsəbə sakini Samir Manafovdan 0,397 qram heroin, Xətai RPİ 35-ci PB əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Abbas Məmmədovdan 1,29 qram həşiş, Biləsuvar RPŞ əməkdaşları narkotik vasitə ilə tutulmuş Sərraf Xankişiyevin evinə baxış zamanı 0,117 qram heroin, Sumqayıt ŞPİ əməkdaşları Corat qəsəbə sakini Eldar İsgəndərovdan 1,106 qram heroin, Sabirabad RPŞ əməkdaşları rayon sakini Vüsal Mənsimovun evinə baxış zamanı 512 qram marixuana götürmüşlər.